O, indi mədəni adam idi, - hə, hə, məhz mədəni adam, özü də elə mədəni adamlar arasında nahar edirdi ki, əvvəllər onların barəsində ancaq kitablarda oxumuşdu. O, sanki kitab səhifələrinə düşmüş və indi cildlənmiş bir kitabın səhifələrində səyahətə başlamışdı.
- Görəcəkli günlərim varmış! Bu sarsaq elə bildi ki, mən sərxoşam. - O, acı-acı gülümsəyib fikirləşdi: "Axı mən, doğrudan da, sərxoşam, yatsam da yuxuma girməzdi ki, bir qadın çöhrəsi məni kefləndirsin."
İstərdim ətrafımda kitablar, tablolar və hər cür gəşəng şeylər olsun, adamlar da sakit və yavaşdan danışsınlar, təmiz geyinsinlər, onların fikirləri də saf, aydın olsun.