Vəfa Vəliyeva

Hər şey məhv olur, amma “söz” əbədi olaraq yaşayır.
10/10
·436 syf.··
Beğendi
·
2025 76. kitabı
·
22 günde okudu
·
Okunma: 31 Ağustos 2025 12:18
Həyatımda oxuduğum ən gözəl tarixi romandır, deyə bilərəm. Hər şey Ömər Xəyyamın rübailəri sayəsində tanış olan valideynlərin öz övladına Ömər adını qoymaları ilə başladı... Adını deməyi çox sevməsə də, onun adını daşıdığı şəxsin əlyazmasını araşdırmağa çox maraqlı olan Benjamin O. Lezaj onun ardınca gedir və başına maraqlı və unudulmaz hadisələr gəlir. Əsər iki hissədən - XII əsr, Ömər Xəyyamın yaşadığı dövrdən və XIX əsrin sonu - XX əsrin əvvəlləri İranda baş verən inqilablardan və bir çox hadisələrdən bəhs edən hissələrdən ibarətdir. Yazarın Ömər Xəyyamın əlaqəli şəkildə bir neçə rübaisini də daxil etməsi, əsəri daha da gözəlləşdirib. Bir çox məsələni özündə əks etdirməsi daha da xoşuma gəldi. Ömərin fəlsəfəsinin Qərbin böyük faciəsi əlaqələndirmək də məncə maraqlı bir fikir idi. Yenə tövsiyəsinə güvəndiyim bir oxucunun tövsiyə etdiyi möhtəşəm bir əsər. Ona təşəkkür edirəm və kitabı oxuyacaq olan oxuculara xoş mütaliələr diləyirəm!
İnceleme
SəmərqəndAmin Maalouf · Qanun Nəşriyyatı · 201374,6bin okunma
Reklam
Üçatılan'ın yiyəsi Ərşad
9/10
·160 syf.··
Beğendi
·
2025 73. kitabı
·
9 günde okudu
·
Okunma: 15 Ağustos 2025 15:15
Yenə İlyas Əfəndiyevin bir digər əsərini oxumaq qismət oldu. Əsərdə Kürdobada baş verən hadisələrdən danışılır. Əsərdəki təbiət təsvirləri, dağlıq, çəmənlik, yaşıllığın o cür gözəl təsviri insanı sanki həmin yerlərə aparırdı. Ərşadın Sərvinaza qarşı olan münasibəti, igidliyi xoş təsir bağışlayırdı. Əsərdə mən bildiyim qədərilə, 1929-cu ildən etibarən başlanan kollektivləşdirmə dövründə və ondan biraz əvvəlki dövrdə baş verən hadisələrdən və əhalinin yaşadığı dəyişikliklərdən də qeyd edilir. Axıcı və maraqlı əsərdir, oxumağınızı tövsiyə edirəm. Bura qədər oxuyan və kitabı da oxumaq istəyən oxuculara təşəkkürlər və xoş mütaliələr.
İnceleme
Üçatılanİlyas Efendiyev · Altun Kitab Nəşriyyat · 202293 okunma
Cahil, mənən "ölü" insanlar.
10/10
·96 syf.··
Beğendi
·
2025 30. kitabı
·
1 saatte okudu
·
Okunma: 09 Nisan 2025 21:30
Deməli, Cəlil Məmmədquluzadənin "Ölülər" əsərinin adı ilə bağlı ilk olaraq fikir bildirmək istəyirəm ki, ordakı ölülər əslində cismən ölənləri yox, mənən ölülər, yəni orda ölülərin dirildilə biləcəyinə inanan cahil insanları nəzərdə tutaraq elə adlandırıb. Əsərdə həmin dövrdə olan cahillik, qızların zorla evləndirilməsi, fikirlərinin önəmsənilməməsi, təhsildən uzaqlaşdırılması ön plana çəkilir və tənqid edilir. Burda onların sadəcə ev işi görən, ailə quran bir varlıq kimi qəbul edirlər. Qadınların çölə çıxmasına, gəzməsinə, yeniliklərdən xəbərdar olmasına icazə verilməməsini göstərilir. Və bu da Kefli İsgəndərin simasında kəskin şəkildə gülüş obyektinə çevrilir. Şeyx Nәsrullah kimiləri əhalini aldadaraq ölüləri dirildə biləcəklərini inandlraraq onları aldadıb bundan istifadə etmişdilər və sonda işlərinin üstü açılmışdı. Bu tip məsələlər, əsas da qızların zorla evləndirilməsi məsələsi təəssüf ki müasir dövrdə də davam edir, hər nə qədər azalmış olsa da. Kitabı oxumadan öncə "O dünyadan Salam" filmini də izləmişdim. Orda da həmin məsələlər çox yaxşı təsvir edilmişdi.
Ölülər
Ölülər
Celil Memmedguluzade
Celil Memmedguluzade
1000Kitap
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 01,268 okunma
- Qorxulu əsgərlərdir. Meyitlərin nəyindən qorxum?
10/10
·208 syf.··
Beğendi
·
2025 3. kitabı
·
30 saatte okudu
·
Okunma: 01 Şubat 2025 18:29
Han Kang tərəfindən qələmə alınmış bu roman, Koreyada 1980-ci illərdə baş vermiş etiraz mitinqləri və onun qan donduran nəticələri ilə bağlı yazılmışdır. Əsər, o dövrdə əziyyət çəkən şəxslərin, mitinqlərin əsas iştirakçıları olan gənclərin yaxınları, tanışlarının xatirələrindən yazılmışdır. Bu kitabı yaxınımın tövsiyəsi ilə çoxdan oxumağı planlaşdırmışdım, indi oxumaq qismət oldu. Düzü, bu qədər təsirlənəcəyimi düşünməzdim. Əsərdə təsvir edilən xalqın hüquqlarının tapdalanması, gənclərin, qadınların, yeniyetmələrin çəkdiyi əziyyətlərdən təsirlənməmək mümkün deyil, məncə. Məndən sonra oxuyacaq şəxslərə xoş mütaliələr!
1000Kitap
İnsan ƏməlləriHan Kang · Strauss Nəşriyyat · 20222,108 okunma
10/10
·334 syf.··
Beğendi
·
2024 64. kitabı
·
6 günde okudu
·
Okunma: 30 Kasım 2024 15:26
Deməli, həqiqətən çox təsirləndiyim bir kitab oldu. Burda verilmək istənən əsas mesaj, valideynlərinin yaşaya bilmədiyi həyatın övladları vasitəsilə yaşamağa çalışmasının, övladlarını necə bir uçuruma apardığını göstərmək istəmələri idi. İlk öncə Lidiyanın ölümünün arxasında yatan səbəblər, sırf anası getməsin deyə, hər şeyə razılaşağına söz verib etməsi... sonunu gətirdi qızın. Eyni şeyi atası da Nata edirdi, Lidiyaya da edirdi, amma daha çox Nata. Onun da həyatına bu kimi şeylər təsir etmişdi. Burada ənn çox üzüldüyüm obrazlardan biri Hanna oldu. Kənarda unudulub qalmış, gözdən uzaq, balaca şirin bir körpə... o qədər məsum idi, o qədər hər kəslə bağlı gözəl düşünürdü ki, öz aləmində, onunla bağlı hissələrdə daha çox duyğusallaşırdım(biraz özümü görürdüm onda). Ceymsin məruz qaldığı irqi ayrı-seçkilik məsələsi, Merilienin arzusuna çata bilməməsi, anasına bənzəmək istəməməsi və bunu Lidiyaya da aşılamağa çalışması məsələləri də var idi və bu, məncə fəlakətin əsl başlanğıcı idi. Yəni Merilien və Ceymsin həyatları.
Alıntı
Sənə deyəsi o qədər sözüm var ki…Celeste Ng · Fabula Kitab · 20211,394 okunma
Reklam