Bu kitab sadəcə şeirlər toplusu deyil, gənc bir qəlbin duyğuları, düşüncələri və arzularıdır. *“Sənsiz”*dəki hər misrada gəncliyin saf hissləri, həyatın sınaqları və sevginin müxtəlif çalarları öz əksini tapır.
İlk kitabını ərsəyə gətirmək hər bir qələm sahibinin ən böyük arzularından biridir. Bu yolda Ziyanın əzmi, istedadı ona güc verib. Mən inanıram ki, bu, onun yaradıcılıq yolunun başlanğıcıdır və gələcəkdə daha böyük uğurların müjdəsidir.
Ziya Qədiroğlunu ürəkdən təbrik edir, “Sənsiz” kitabının oxucuların qəlbində özünə gözəl yer tapacağına inanıram.