Bir çox istedadlı insanlar (şagirdlər) var ki, bəzən bu istedadlar heç, bəzən isə vaxtında dəyərləndirilmir. Əgər şanslı olmuşuqsa, həyatımızda bizə istiqamət verən, hətta gələcəyimizin daha gözəl şəkildə olmağı üçün çalışan müəllimlərə rast gəlmişik. Ziya Qədiroğlu (Əşrəfov) da belə şanslı insanlardandır, məncə.
IX sinifdə Vüsal Şirinov adlı bir müəllimin onlara dərs keçməsi ilə istedadlı bir şagirdinin olduğunu öyrənən müəllim bu istedadı dəyərləndirir. Bunun nəticəsində isə müəllimin dəstəyi ilə bu kitab nəşr olunur.
Bu kitab gənc şairin ilk kitabıdır. Kitabı oxuyanda bəzi şeirlərin ilk qələm təcrübəsi olduğu, bəzi şeirlərin digər şairlərin təsiri ilə yazıldığı hiss olunsa da, bir çox şeirlər isə gənc şairin hələ ədəbiyyata çox töhfə verəcəyinin müjdəçisidir.
Kitabdakı şeirlərin bəzilərini bölüşmüşəm, bəzilərini də bölüşəcəyəm. Şagirdlərinin yoluna işıq olan müəllimlərin timsalında Vüsal müəllimə təşəkkür edirəm, Ziya Qədiroğluya isə uğurlar arzu edirəm.