Təbabət elminin məqsədini dərmanların insan əzablarını azaltmasında gördükdə isə ortaya belə bir sual çıxır ki, bu əzabı nə üçün azaltmalı? Deyirlər ki, əzab insanı kamala çatdırır, ikincisi, bəşəriyyət doğurdan da, öz iztirablarını cürbəcür dərmanlarla yüngülləşdirməyi öyrənsə, dini və fəlsəfəni birdəfəlik atmış olar. Halbuki insanlar bu vaxta qədər din və fəlsəfə vasitəsilə nəinki özlərini hər cür fəlakətdən qorumuş, hətta onlarda xoşbəxtlik də tapmışdır .