Bu əsərdə biz həm fəlsəfə, həm də romantika görürük. Filmlərin şablonu, həyatımızda bir ümid axtardığımız ruh ekizi söhbəti burdan çıxıbmış.Aristofanın dilindən deyilən mifə görə 2500 il əvvəl insanlar bütöv varlıqlar imiş, lakin tanrılar tərəfindən cəzalandırılaraq iki yerə bölünüblər. O vaxtdan bəri hər birimiz dünyada öz saf, itirilmiş digər yarımızı axtarırıq. Zaman keçir, əsrlər dəyişir, bəlkə sevgi də öz köhnə mahiyyətini itirir, amma insanın o bütövləşmək arzusu heç vaxt bitmir. Çünki dövrümüzdə alternativlər çoxalır.
Bəs eşq həqiqətən nədir? Sizin ruh ekiziniz olan, xarakteri sizə tam uyğun gələn birinə bəslənən o ali duyğular, yoxsa sadəcə zahiri gözəlliyinə valeh olduğunuz insana qarşı duyulan keçici bir ehtiras¿
The SymposiumPlaton (Eflatun) · Penguin Classics · 19935,2bin okunma