Ləman Dövlətova

Ləman Dövlətova
@leman_ova
Tarix və coğrafiya müəllimliyi
Sumqayıt
2004
21 okur puanı
Kasım 2021 tarihinde katıldı
Şu anda okuduğu kitap
Puan vermedi·64 syf.··
2026 40. kitabı
·
21 saatte okudu
·
Okunma: 05 Haziran 2026 19:53
Bu əsərdə biz həm fəlsəfə, həm də romantika görürük. Filmlərin şablonu, həyatımızda bir ümid axtardığımız ruh ekizi söhbəti burdan çıxıbmış.Aristofanın dilindən deyilən mifə görə 2500 il əvvəl insanlar bütöv varlıqlar imiş, lakin tanrılar tərəfindən cəzalandırılaraq iki yerə bölünüblər. O vaxtdan bəri hər birimiz dünyada öz saf, itirilmiş digər yarımızı axtarırıq. Zaman keçir, əsrlər dəyişir, bəlkə sevgi də öz köhnə mahiyyətini itirir, amma insanın o bütövləşmək arzusu heç vaxt bitmir. Çünki dövrümüzdə alternativlər çoxalır. Bəs eşq həqiqətən nədir? Sizin ruh ekiziniz olan, xarakteri sizə tam uyğun gələn birinə bəslənən o ali duyğular, yoxsa sadəcə zahiri gözəlliyinə valeh olduğunuz insana qarşı duyulan keçici bir ehtiras¿
The SymposiumPlaton (Eflatun) · Penguin Classics · 19935,2bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Puan vermedi·63 syf.··
2026 1. kitabı
·
2 saatte okudu
·
Okunma: 03 Haziran 2026 21:58
Əslində sıradan bir hekayə kimi görünür. Cavan, anasından qorxan oğlan və yaşadığı fantastika. Qoca kişi, qoyun adam, dilsiz qız. Bir də qaranlıq zirzəmi. Kitabı oxuyanda öz ürəyim sıxıldı qapalı məkanda. Hər şey bir qırağa kitab bizə mesajlar da verir. Hər şeyin bir bədəli olduğunu. Çoxlu kitab oxuyub bilikli olursan amma qoca beynini yeyəcək. Kitabxanadan qaçıb azad olursan, bir müddət sonra anan ölür və tənhalıq səni tapır. Yəni maraqlı, "çerezlik" kitab idi
Tuhaf KütüphaneHaruki Murakami · Doğan Kitap · 20173,551 okunma
Sona qədər oxuya bilmədim. Orta əsrlərdə baş verən və kilsənin din adı altında insanları necə əldə saxladığı haqqında kitab olduğunu düşünürdüm. Mario Puzo bu kitabında "Godfather" in necə yarandığını izah etməyə çalışır. Papa Aleksandr ilk ailə mafiyasının əsasını qoyur sanki. Klassik XV əsr Avropası. İtaliyada katolik kilsəsi, vəzifəli şəxslər və kasıb əhali. Dinin kasıblara qadağa qoyduğu hər şeyi özləri rahatlıqla edirlər. Dindarlar evlənə bilməz və evlənmirlər də. Amma fahişələrdən uşaqları var. Aleksandrın 3 uşağı nigahdankənar olsa da onları çox sevir. Ailəsi üçün hər şey edən, hətta nəsli saf qan olaraq davam etsin deyə oğlu və qızını ensest münasibətə sövq edən bir atadır. Utanmadan öz qızına qarşı cinsəl həzz belə duyur. Yozlaşmış katolik. Yenə orta əsrlərin klassiki - qadın(yəni qızı) zövq və diplomatiya üçün evliliklərə məcbur edilir. Daha doğrusu manipulyasiya edilir. Oğlunun gücə nail olması onu necə qəddar edir təsvir olunur. Siyasət, günahların nisbiliyi və qəddarlıq kitabın əsas mövzusu sayılar. Qeyd: kitabı tamamlamadan Mario Puza ölüb və kitabını sevgilisi tamamlayıb. Mən də mərhumun xatirəsinə kitabı tamamlamadım:) Buna görə rəyim yarımçıq və qeyri - şəffaf ola bilər.
AileMario Puzo · 1001 Kitap · 2005333 okunma