Vüsalə Babayeva

Vüsalə Babayeva
@Vusum1990
Teas Press nəşriyyatında redaktor
Redaktor/Editör/Çevirmen
Ali
Bakı
Bakı, 9 Ekim 1990
10 okur puanı
Kasım 2024 tarihinde katıldı
* ... səni incidən şeylərə gülməsən, aya üstə dayana bilməzsən. Gülməsən, bu dünya səni dəli edər. * Kimisə qıcıqlandırmaq, özündən çıxarmaq istəyirsənsə, gərək özünü soyuqqanlı aparsan, nədənsə qorxduğunu, narahat olduğunu hiss etdirməyəsən. * ... adam bir az iradəsizlik göstərsə, başkaları onun boynuna öz istədikləri işi qoyarlar. Gərək gözüaçıq olasan, inadkarlıq göstərəsən, başqalarının dediyinin əksinə gedəsən.
TEAS PRESS·Kitabı okudu
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
* Qorxurdum ki, birdən gözlərimdəki kədər məni ələ verər. Çünki insanın gözləri həmişə bir başqasının gözləri olur — onun içində gizlənən dəli, ümidsiz cırtdanın gözləri!
1. Həyat özü açılmamış müəmmadır. 2. Əslində, hamı müəyyən mənada bir-birinə oxşayır. Amma, bəlkə də, xoşbəxtlikdən, əksəriyyət bunu anlamır. 3. Mavi primula xəbərdarlıqdır, mavi gülxətmi təhlükədir, mavi ətirşah isə ölümdür... 4. Bu dəfə tüstü vardı, od yox idi. 5. ...vicdanın dilə gəlməyi bir az ləng prosesdir 6. Doktor, necə fikirləşirsiniz, ədaləti öz gücünə, şəxsən bərqərar eləyən adama bəraət qazandırmaq olarmı? 7. Bu, gerçək həyat hekayəsidir. Gerçək həyatın harada qurtaracağını isə təhkiyəçi müəyyən eləmir.
TEAS PRESS·Kitabı okudu
Ekzüperi “Balaca Şahzadə” 1. Həyatda özünü mühakimə etmək başqalarını mühakimə etməkdən qat-qat çətindir. Əgər özünü mühakimə etməyi bacarsan, deməli, ən müdrik insansan. 2. Eh, onsuz da böyüklər heç vaxt heç nəyi olduğu kimi başa düşmürlər. Uşaqlar isə onlara həmişə nəyi isə izah etməli olurlar. 3. Bu sirr çox sadədir; sən yalnız ürəyinlə görə bilərsən. Dəyərli olan hər şey gözəgörünməzdir. 4. Əgər birinin sevdiyi bir çiçək milyonlarla ulduzun yalnız birində bitirsə, ulduzlara baxmaq onu xoşbəxt edir. 5. Mən səni çox sevirdim. Günahım sənə sevgimi göstərməmək idi. 6. Böyüklərdən fərqli olaraq, bizim kimi həyatı başa düşənlər üçün rəqəmlərin əhəmiyyəti yoxdur. 7. Bilirsən, insan kədərli olanda gün batımını seyr etmək istəyir. 8. Onun şıltaqlıqlarının arxasında gizlənən böyük sevgisini görməliydim. 9. O, hələ də bilmirdi ki, krallar üçün insanların hamısı, sadəcə, təbəədir. 10. Şöhrətpərəst insanlar elə bilirlər ki, hamı onların pərəstişkarıdır. 11. Sən yalnız əhliləşdirdiklərini anlaya bilərsən. İnsanların nəyisə anlamaq üçün vaxtları yoxdur. 12. Məsələn, əgər sən hər gün saat 4-də gəlsən, saat 3-dən səbirsizliklə səni gözləyəcəyəm. Saat 4-ə yaxınlaşdıqca mənim xoşbəxtliyim bir az da artacaq. Saat 4-də artıq həyəcanlanmağa və narahat olmağa başlayacağam. Sən gələndə isə xoşbəxtliyin qədrini biləcəyəm. 13. Çiçəyini sənə bu qədər dəyərli edən ona sərf etdiyin vaxtdır. 14. Bu yatmış Balaca Şahzadədə məni bu qədər təsirləndirən onun bir çiçəyə, əslində, çiçəyin obrazına olan sədaqətidir. Sanki çiçəyin obrazı hətta yatanda belə onun ruhunda bir çırağın işığı kimi yanır. 15. Əgər biri əhliləşdirilməsinə icazə verirsə, deməli, bir az ağlamağa da hazır olmalıdır.
TEAS PRESS·Kitabı okudu
1) Həyat daim sıfırdan başlamaq üçün çox qısa, bəxtə arxayın olmaq üçün isə çox qiymətlidir. 2) Az səbəb böyük nəticə doğurur. 3) Həyatı uğurlu edən məqsəd, məna və əhəmiyyətdir. 4) Yerinə yetirilməmiş vədlərin yükü ağır olur, onları qaldırmaq çətindir. 5) Müvəffəqiyyət həyatın hər anına uyğun yaşamaqdır. Hərəkətləriniz düşüncələrinizdən törədiyi üçün böyük düşünmək böyük nailiyyətlər qazanmağınıza səbəb olur. 6) Siz bildiyiniz işin ustasısınız, amma bilmədiyiniz işdə şagirdsiniz. Başqa sözlə, biz arxamızda qalanın ustası, qabağımızda olanın şagirdiyik. 7) Hərəkət nəticəni müəyyənləşdirir, nəticə isə hərəkətə ilham verir. 8) Düşüncənizdəki məhdudiyyətdən qurtulduqdan sonra həyatınızın hüdudları genişlənəcək. 9) Məqsədiniz prioriteti, prioritet isə fəaliyyətimizin nəticəsi olan məhsuldarlığı müəyyənləşdirir.
TEAS PRESS·Kitabı okudu