Dörd budaqlı bir ağacım var. Kökünə tutunmuşam, fırlanıram ətrafında. Əlim ona tutulu olduqca, əlimə batan tikanlar, ayağıma dolanan daşlar, hamısını ötüb keçə bilirəm. Amma ağacımın bir budağı solmağa başladı. Budağı kəssəm də, ağacım solacaq, kəsməsəm də. Desənə, o budaqcığın iradəsindən asılı qalmışıq...