Primitiv insanlar möminliyə sığınmaqla hər şeyi düzgün etdikləri və doğru yaşadıqları, Tanrının onların tərəfində olduğu barədə özlərində bir illuziya yaradır və bununla da təsəlli tapırlar.
Bu şərhi rəsmi cümlələr qurmağa çalışmadan yazıram. Kitab çox fərqli hislər oyatdı məndə. Ən başından "Bir delinin hatıra defteri" ni oxuyanda "aaa özünü böyütmə ideyaları, aa bu şizofrendi" filan dedim. Ardından kitabın arxasına baxıb, yazarın da şizofreniyanı qələmə aldığını öyrənəndə çox təəccübləndim.
Əslində mövzu nə dəli olmaq, nə burun, nə də palto idi. Mövzular tamamilə bizlə əlaqəli idi. İçimdəki fərqli insanlarla tanış oldum.
Təşəkkürlər, yaşatdığın yeni duyğular üçün)
Çox maraqlı və insanı düşündürən romandır. Hadisələr Amerikan filmləri kimi cərəyan etsə də fantastik olduğunu düşünmək çətindir. Yazar tibb, fizika, riyaziyyat, fəlsəfə kimi elmləri başa düşülən formada izah edir. Kitabla dostumun tövsiyəsiylə tanış oldum və ona çox təşəkkür edirəm.
AğlasığmazAdam Fawer · Qanun Nəşriyyatı · 202298,4bin okunma