Nurlan Quliyev

Nurlan Quliyev
@Whoami2436
8 Temmuz 2004
24 okur puanı
Mayıs 2024 tarihinde katıldı
Puan vermedi·264 syf.··
Beğendi
·
2025 11. kitabı
"Üzləşmə" Rövşən Abdullaoğlunun oxuduğum ikinci əsəridir və bu kitab da məndə dərin təəssürat yaratdı. Şəxsi inkişaf mövzusunda yazılmış bir çox kitab bənzər mövzuları təkrar etdiyi üçün bir müddət sonra oxucunu yorur. Lakin, bu əsər fərqli yanaşması ilə seçilir. Müəllif burada insanın daxili aləminə, qorxularına, travmalarına və özü ilə olan münasibətinə psixoloji aspektdən yanaşır. Bu isə oxucuda səmimi bir əlaqə yaradır və insan öz iç dünyasına səyahət edirmiş kimi hiss edir. Kitabda toxunulan mövzular həyatın müxtəlif mərhələlərində hər birimizin yaşadığı, lakin bəzən görməzlikdən gəldiyimiz hiss və düşüncələri üzə çıxarır. Əsərin dili sadə, anlaşıqlı və təsirli olduğu üçün oxucunu yormur, əksinə, düşündürür və motivasiya edir. Mən bu kitabı fərdi inkişaf və psixologiya ilə maraqlanan hər kəsə tövsiyə edirəm.
ÜzləşməRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2023135 okunma