Belədir xəyallar, arzular. Biz bəzən nəyisə əldə etmək üçün ağlayır, şıltaqlıq edir, ayaqlarımızı yerə bərk-bərk vuraraq israrla əldə etməyə calışırıq. Lakin əldə etdikdən bir gün sonra əldə etdiyimiz nasında bu həmin o şeylərdən bezərək bir kənara atırıq. Sanki heç onu arzulayan biz deyildik.
Xüsusən də ağrı-acılı tərəfi odur ki, sənə söz verirlər, amma . Bütün günün göz- ləməklə keçir. Ümid edirsən ki, bu gün də olmasa sabah mütləq alınacaq. Yeni sabahlar gəlir, amma sən xəyallarına çata bilmirsən ki bilmirsən. Zaman ötür və sən artıq böyüyürsən. Sən böyüdükcə arzuların da böyüyür. Lakin həyata keçməmiş kiçik arzular insanın yadından çıxmır.
Bəzən biz uşaqkən əldə edə bilmədiklərimizə, arzu və istəklərimizin gerçəkləşməməsinə görə valideynlərimizi günahkar bilirik. Bir ömür boyunca yaddaşlarımızdan silinməyən xatirələrə bel sözlər də əlavə olunur: "Yadındadır, mən səndən filan şey istədim, amma sən almadın"