Xeyransa Rustamova

Puan vermedi·132 syf.··
2026 2. kitabı
Bu əsər ilk gənclik dövrünün psixologiyasını olduqca canlı şəkildə təsvir edir. Kimlik axtarışı, özünü dərk etmə cəhdləri, gələcəyə dair ümidlər və ideallar əsərin əsas xəttini təşkil edir. Oxuduqca bir daha hiss etdim ki, bu yaş dövründə insanı ən çox yaşadan şey reallıqdan çox, gələcəklə bağlı qurduğu ümidlər və xəyallardır.
İlkgençlikLev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 20213,314 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
7/10
·83 syf.··
2025 1. kitabı
“Hər şey qaydasındadır…” İvan İlyiç də belə deyirdi ,ta ki ölüm qapısını döyənə qədər.Tolstoy bu əsərdə bizi təkcə ölümlə yox, yaşamadığımız həyatlarla üz-üzə qoyur.Sadəcə “normal” yaşamağa çalışarkən, özümüzə yad bir həyat qurduğumuzu fərq edirik və sual yaranır: 1)Əslində yaşadığım bu həyat mənim seçimim idimi? 2)Yoxsa başqalarının “doğru” bildiyi bir həyatamı tabe olmuşam? İvan İlyiçin Ölümü, ölüm anlayışı üzərindən şəxsi gerçəklik, itirilmiş mənlik və psixoloji oyanış haqqında dərin bir çağırışdır.Psixoloji olaraq oxucuya güzgü tutur.Sən həqiqətən yaşayırsanmı, yoxsa sadəcə uyğunlaşırsan?
İvan İlyiç'in ÖlümüLev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 202261,1bin okunma