Xanım N

Özündən çıxmamaq - kamilliyin əsas qaydalarından biridir. Böyük iradə - böyük ürək deməkdir, böyük qəlbi isə yerindən tərpətmək çətindir.
Sayfa 29·Kitabı okudu
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Heç vaxt özünə hörmətini itirmə . Hətta təklikdə də özünlə mübahisə etmə. Düzlüyün meyarı vicdanın olsun və öz hökmünün sərtliyi, ciddiliyi başqalarının rəylərindən vacibdir. İnsanların mühakiməsindən yox, vicdanın səsindən qorxub ləyaqətsiz iş tutma.
Sayfa 29·Kitabı okudu
Düşüncəli və diqqətli adam şəraitə tabe olmur, onu idarə edir. Hər şeyi kökündən öyrənərək qəlbləri oxuyur. Ötəri nəzər salmaqla adamın daxili aləmini başa düşür və qiymətləndirir. Belə adamların mülahizələri dəqiq, gizli fikirləri oxumaq bacarığı çox böyükdür.
Sayfa 29·Kitabı okudu
Həmişə və hər yerdə daxili aləm zahirdən zəngin olmalıdır. Adamlar var ki, tikilib qurtarmamış, üzdən saraya içərisindən isə komaya bənzəyən ev kimidir, yalnız zahiri görkəmə malikdirlər. Belələri özləri kimi səthi adamları tez valeh edirlər. Ancaq dərinə gedən adam onların boşluğunu dərhal görür.
Sayfa 28·Kitabı okudu
Öhdəçilikdən qaçmaq kamilliyin ilkin qaydalarından biridir. Hər öhdəçilik öz ardınca başqasını - daha böyüyünü dardıb gətirir və nəhayət, ilişib qalırsan. Təbiəti və qanı coşqun adamlar asanlıqla öhdəçilikləri götürürlər. Ancaq yollarını ağıl ilə işıqlandıran adamlar bu özünü - qəsdi görüb, ondan yan keçirlər. Onlar qalib gəlməyi yox, ilişib qalmamağı böyük şücaət sayırlar.
Sayfa 28·Kitabı okudu