O, uşaqlıqdan bəri dostluq qurmağın həsrətini çəkməmişdi;o özü ilə, düşüncələri ilə tək qalmağı daha çox xoşlayırdı. O ancaq özündən asılı olmağı və vaxtını daha səmərəli istifadə etməyi sevirdi.
O heç vaxt söhbətləri, baxışları və situasiyaları təhlil etmirdi. Onun üçün heç nə ikimənalı deyildi:o nəyi nəzərdə tuturdusa, onu da deyirdi. O, müzakirələrdən və gərgin mübahisələrdən xoşlanmazdı.