Sən bu vaxtacan hansısa qıza gül vermisən? - Lale ondan soruşur.
Yox, mən bunu niyə etməliydim ki?
Çünki qızlar onlara gül verən oğlanları xoşlayırlar. Əgər o gülləri özün qırsan, lap yaxşı olar.
Siyasət sənə dünyanı başa düşməyə kömək edəcək, o vaxta qədər ki, sən onu artıq başa düşmürsən, sonra isə siyasət səni hərbi əsirlər üçün düşərgəyə atır. Həm siyasət, həm də din - hər ikisi.
"Mənim də soyadımın Harre olmalı olduğuna qərar verilmişdi. Prabakerin atası Kişan indi mənimdə atalığım sayılırdı və adət-ənənə mənim ikinci ad olaraq onun adını götürməyimi tələb edirdi. Birinci, əsas adı isə sakit təbiətli və gülərüz olduğuma əsaslanaraq, mənim üçün Rukhmabai özü seçdi. Bu ad "fağır adam" və ya "Tanrının fağır bir həyat bəxş etdiyi adam" mənasını daşıyan Şantaramdı.
Bəli məşhur Şantaramı nəhayət bitirdim. Bir şedevrdi deyə bilmərəm. Amma həqiqətən gözəl əsərdi. Aylarlar, həftələr, günlər keçirdim Şantaramla. Bir insan ömrü, həyatı göz önündə axıb gedən günlər. İnsan iradəsinin, ağlının nələrə gücü yetdiyini öyrəndim Şantaramla.
Mütləq oxuyun!