Antonianın Pelagiyanın yaşına çatmaq niyyəti yox idi. O belə deyirdi:
- Mən arzulayıram ki, 25 yaşına çatmamış öləm. Qocalmaq, üz-gözümün qırışmağını istəmirəm.
Pelagiya tez-tez özünə belə sual verirdi:"Əgər sonda hamımız öləcəyiksə, xəstələri sağaltmağın nə mənası var? Əbədi bir şey yoxdursa, kiminsə həyatını xilas etməyə dəyərmi? Əgər sağlamlıq cavanlığın qısamüddətli nemətidirsə, bu qədər əlləşib-vuruşmaq kimə lazımdır?"