"İçindən keçəni yaşamaq şərtdir. Bir şərtlə, içindən keçənin nəticəsi nə olur olsun hədəfinə gedən yola mane olmamalıdır. Təbii ki, bu fikrin özü də hədəfini müəyyən edə bilən kütləyə şamildir. Öz əlində olmayan şeylər üçün vaxt ayırıb, vaxt ayıraraq düşünüb, düşünərək yorulub, yorularaq ayırdığın vaxtı hədər eləməkdənsə, öz nəzarətin altına ala biləcəyin şeylər üçün gününü daha da çox düşünməyə, özünü yormağa sərf etmək daha keyfiyyətlidir. Nəticədə nə edirsən et, sonu bəlli olan prosesin bir parçasısan"