Əli

Əli
@Xyxyxyxsj
Sakin ol Ki
Bakı
Yoxdur
Azərbaycan
Xırdalan
Kasım 2024 tarihinde katıldı
Sən çiçəksən, ürəyimdə açmısan, Heç bilmirəm, haçan orda göyərdin. Sən ki məni hamıdan çox əzizlər, "Hər kəsdən çox səni sevdim" deyərdin. Qınayıram hər an özüm özümü, Bu qürurum dağlar qədər ağırmış. Həqiqətlər ölüm kimi sərt olur, Səni məndən bir yalanın ayırmış. İndi hərdən aynalarda gəzirəm, Əvvəlki tək xoş qaməti, xoş üzü. Dərin olur alnındakı qırışlar, Özüm belə itib-batdım mən, düzü. Bu baharın günəşi də soyuqdur, Yavaş-yavaş adamlar da soyuyur. Hər şeydən də əlimizi üzmüşük, Bilən bilir, Tanrı bizi qoruyur. Gələnlərin hərəsi bir havada, Gedənlərin baxışı da eynidir. Vicdansızın nə köməyi, nə xeyri, Savabı da, günahı da eynidir. Yorğun üzlər, payız gələr, saralar Günlər keçər, qalan ömür daralar. Görən gözüm son nəfəsdə qaralar, İnciməyin ne mənası əzizim.
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Düşməsin
Əzizim, mən səni çox istəyirəm, Yolun təki sənin işıqlı olsun. Görəndə uzaqdan səni haçansa, Görüm qara gözlər sevinclə dolsun. Görməsin dünyada başın bir bəla, Təki məndən sənə yaxşılıq qala. Olsun, yaddan çıxart, ver məni bada, Başın məndən böyük bəla görməsin. Olmadı, neyləyək, bunu heç demə, Sevgimi özünə qaxınc eyləmə. Gəz, dolan gen məndən, aman eyləmə, Sən Allah, könlümə güman düşməsin.
Gözəl ruhum, gül çiçəyim, hardasan? Səni hardan, necə tapım – bilmirəm. Bəlkə elə yuxuma da gəlmisən, Nə vaxtdır ki, yuxu nədir bilmirəm. Səni kimdən soruşsam, tez taparam, Hamı xain, bilən deməz yerini. Almaz olub bu dünyanın canında, Gizlənmisən, çətin taparam səni. Bu qış yaman soyuq keçdi Bakıda, Bir salamat gün işığı görmədik. Haçan düşdün mənim bil ki, yadıma, O gün yağış kəsmədi ki, kəsmədi.
Yuxu
Bir anlıq oyandım, aman ilahi Qulağımdan keçen qanın səsinə Başimi götürüb qaçmaq istədim Hamının getdiyi yolun əksinə Bu ne yoldur ilahi Uzanır, yol qurtarmır Her şey bitir amma ki Bu izdirab qurtarmır İnsanlar min bir rəngdə Hamı öz dərdin güdür Biri qaçır ölməyə Biri qaçana gülür. Mən hansıyam görəsən Yəqin ki mən qaçanam Bu kimsəsiz ölümü Bərk bərk qucaqlayanam.