— Sonra o, kübar cəmiyyətdə elə bir mövqe tutur ki, arvadının nə sərvəti, nə də cəmiyyətdəki yeri ona tamamilə lazım deyil. Ona yalnız yaxşı, sevimli və sakit bir arvad lazımdır.
Onun Annaya olan hissində indi əsrarəngiz heç bir şey yox idi və buna görə də Annanın gözəlliyi onu əvvəlkindən daha qüvvətlə cəlb etməklə yanaşı, həm də onu təhqir edirdi.