"Fars, Ərəbistan və Hindistan İslamı arasında nəhəng məsafə mövcuddur. Hindistanda mahiyyətcə çoxtanrılıq hökm sürür və o, təktanrılığa söykənən bir dini çoxtanrılığa yönəltmək üçün üsullar tapa bilib. 50 milyonluq hindli-müsəlman üçün Məhəmməd və islamın müqəddəsləri yalnız minlərlə digər tanrılara əlavə olunmuş tanrıların."
"Həqiqətən, əsl sənətkar, istər memar, ədib və ya şair olsun, məlum dövr və məlum irqin ruhunu möhtəşəm ümumiləşdirmələrlə ötürə bilmək kimi fövqəladə qabiliyyətə malikdirlər."
"Daqomeya krallığı Afrikada müasir Benin dövləti ərazisində XVIII əsrin əvvəllərində yaranıb və XIX əsrdə ərazisini xeyli genişləndirib. Qul alveri krallığın əsas məşğuliyyəti olub. Dövləti iki kral idarə edib, biri gündüzlər, digəri gecələr."
"Mədəniyyəti olmayan, az qala bir qədər vəhşi səviyyədə olan əhali yaşayan bir ölkədə məskunlaşan ingilislər, arxalanmaq üçün özlərindən qeyri kimsə olmadığı yerlərdə, yalnız özlərinə güvənməklə nələrə nail ola biliblər, hamıya məlumdur"