O vaxtlar biz hamımız əmin idik ki, mümkün qədər
çox danışmalı, yazmalı, mümkün qədər tez nəşr etməliyik ve bütün bunlar insanlığın səadəti üçündür. Bizim kimi minlərlə adam bir-birini inkar edərək, söyərək nəşr edir, yazı yazır, başqalarını öyrədirdi.
Ancaq heç kim fərqinə belə varmırdı ki, özümüz heçnə bilmirik, həyatın ən sadə sualına - "yaxşı nədir, pis nədir" sualına nə cavab verə biləcəyimizi bilmirik.
Hamımız birdən, bir-birimizi dinləmədən, fikir vermədən danışır, hərdən də göz yumaraq bir-birimizi tərifləyirdik ki, qarşılığında da bizi de tərifləyib, bizə də göz yumsunlar.