Klassik detektiv sevərlər və ailə dramları ilə zəngin hadisələr axtaranlar üçün möhtəşəm bir kitabdır. Kitabda ailə içi nifrət ,keçmişin izləri, oğullar və qəddar ata arasında olan əlaqələr aydın şəkildə izah olunur. Ən sevdiyim nüans isə qatilin məhdud sayda insanlar arasında bir olduğunu anlayırsan ancaq kim olduğunu tapa bilmirsən.Simeon Lee'nin necə qəddar bir ata və laqeyd həyat yoldaşı olduğu o qədər gözəl izah olunur ki, ölümünə üzülə bilmirsən.