Tezliklə dəyişə bilərəm. Təkcə əhvalım deyil, məqsədlərim də dəyişə bilər. Özümü dəyişirəm, yoxsa fərqli şərtlərə və fərqli qayğılara görə eyni məsələlərlə məşğul oluram?
Mən dünyaya gəlməyən uşaq kimiyəm. Mən uçuram! Sanki dayana biləcəyim yer yoxdur. Bütün insanların ürəklərində arzu var, mən isə hər şeydən imtina etmişəm. Mən axmaq insanın ürəyiyəm. O necə də boşdur! Bütün insanlar işıq doludur. Mən isə qaranlığa qərq olmuş adam kimiyəm.
Həyatın necə absurd olduğunu yenidən sorğulamağıma səbəb olan əsərlərdən biri oldu. Bu kitab hər nə qədər mübarizə aparsaq da, həyatda qalmaq üçün çırpınsaq, hətta sürünsək də yenə də sonumuzun eyni şey olduğunu göstərdi. Əslində nə qədər ətrafımızda bizi sevən insanlar olsa da, dəyişildiyimiz və ya başımıza bir şey gəldiyi təqdirdə nə qədər tək olduğumuzu Kafka dəfələrlə üzümə vurdu.
Bu haqda mənim bir sözüm vardır:
"Sən heç kimsənin vecində deyilsən, sənə bir şey olduqda isə vecində imiş kimisən". Çevrilmə bu sözümün doğruluğunu mənə sübut etdi.
Kitab yaxşı nəticə çıxarılmağa dəyər kitabdı.