Kitab olduqca axıcı bir dildə yazılmış, həm zamanda səyahət ətraflı təsvir edilmiş, həm də sosial təbəqələşmə mövzusuna toxunulmuşdur. Gələcəyə edilən (802701-ci il) səyahətin ətraflı təsvirindən əlavə zaman maşınının itməsi və səyahətçinin geri qayıtmaq üçün apardığı mübarizədən bəhs edilir. Maraqlı və qısa müddətdə bitirə biləcəyiniz bir kitabdır.