Bu əsər tarixi hadisələri fərqli gözlə dəyərləndirməmizə imkan yaradır.Dili məncə çox sadədir və axıcıdır.Bu kitabı keçən il oxumaq istədim amma nəsə adı məni cəlb etməmişdi .Corc Oruellin 1984 kitabın oxuyub çox bəyənmişdim ,fikirləşdimki məncə adına görə yox yazarın qələminə görə bu kitabı oxumalıyam.Sizin sayənizdə bir daha oxudum .Və yeni şeylər qatdı mənə .Məncə kitabı daha yaxşı anlamaqçün 1905ci il Rusiya çevrilişini ,1917 oktaybr çevrilişi və Stalin -Troçki arasinda olan mübarizəni oxusaz daha yaxşi anlayacağınıza əminəm. Kitabın əsas mövzusu bir ütopyadan dispotyaya çevrilən sosializm və Stalin rejiminə qarşı çıxmaq kimi bir mövzusu olsada məncə həm o dövrün həmdə bizim dövrdəki bəzi hadisələrin izahına sahibdi.Kitabda ən sevdiyim cümlə "BÜTÜN HEYVANLAR BƏRABƏRDİRLƏR.
LAKİN BƏZİ HEYVANLAR BAŞQALARINDAN DAHA ÇOX
BƏRABƏRDİRLƏR"-Fikrimcə kitabı özünə gətirən cümlələrdən biri elə məhz budur.Kitabı vacib edən daha bir xususiyyət isə satira janrında yazılan əsərlərdən bir pillə daha üstün olmasıdır .
Kitabın içindəkilərə gəldikdə isə:
Kitabda adı çəkilən heyvanlar qurban olmaqdan ,işlədilməkdən,qamçilanmaqdan və öz məhsullarını insanlara verməkdən beziblər.Çevirilişi fikirləşirlər və sahiblərini Bay Jonesə qarşı çıxırlar. Bay Jones isə içkiyə qurşandıgı və maddi problemləri olduğuna görə onlara şiddət edib,çox işlədir və heyvanları ac saxlıyırdı .Buna görədə heyvanlar ona qarşı çıxır.
Məqsədləri isə eyni və daha yaxşi şəkildə yaşamaq idi.Zaman keçdikcə donuzlar yeni qadağalar qoyar və üstün olurlar.Bunları yaxşılıq üçün etdikləri fikirləşilsədə sonda bir şey dəyişmir.Eynilik olmur və donuzlar digər heyvanlardan daha üst təbəqədə olurlar.Səbəbi digər heyvanlardan daha ağıllı olması göstərilir .Əslində yaşlı donuzun 1-2 cümləsi mənə Karl Marxı xatırladır tam