Çox vaxt özümü uzun-uzun izah etməklə susmaq arasında gedib gəlirəm. Heç vaxt tam olaraq hiss etdiklərimi anlada bilməyəcəyimi, izah etsəm belə başa düşülməyəcəyimi bildiyim üçün susmağa üstünlük verirəm. Hətta içimdə olanları bəzən özümə belə demirəm. Daim yazıram, yazıram, silirəm, cümlələri toparlaya bilmirəm. Nəyinsə yolunda olmadığını bilirəm, amma inadla hər şey qaydasındaymış kimi davranıram. Bəzən düşüncələrimin arasında itirəm və bəzən də düşünməkdən qaçıram. Belə hara qədər davam edəcək deyə sual vermirəm özümə. Çünki cavabı bilmirəm. Sadəcə bir küncdə oturub sakitcə düz getməyən hər şeyin tez bir zamanda bitməsini gözləyirəm.