Bir imkan, varlığına inanmağa da cürət etmədiyim bir imkan, boş-boş ötüb keçən mənasız həyatıma daxil olmaq üçün yaxınlaşmış, sonra gəldiyi kimi də birdən-birə, ani və səbəbsiz-filansız çəkilib getmişdi.
Ünsiyyət və yaxınlıq zahiri şeylərdir. İnsanlar ancaq müəyyən dərəcəyə qədər bir-birinə yaxınlaşır və bu yaxınlığın gözəlliyini özləri uydururlar. Sonra günlərin birində bunun belə olmadığını, səhv etdiklərini başa düşdükdə kədərlənib hər şeyi ataraq qaçırlar.