Uşağın xarakteri 3-6 yaşlar arasındakı fəaliyyət və işlə formalaşır. Əgər bu mərhələdə uşağın hərəkətləri mütəmadi olaraq maneələrlə qarşılaşarsa və o, həvəsdən salınarsa, onun inkişafı da mütləq bu qarışıqlıqdan təsirlənəcək. Uşaqlar həyatlarının ilk illərində özlərinə inam qazanmaq üçün böyüklər tərəfindən dəstəyə ehtiyac duyurlar.Onu tərifləməkdən çəkinməyin. Daima tənqid olunan uşaq tezliklə yeni şeylərə marağını itirir.Onun həmçinin həvəsləndirilməyə və təhlükəsizlik duyğusuna ehtiyacı var.Ardıcıllıq və rutin bu yaşda uşaqlar üçün mühümdür. Əgər uşağın gündəlik həyatı müəyyən rutinə tabedirsə, onun etdiyi hər şeydə ardıcıllıq özünü göstərəcək.
Montessori ruhi xəstəliklərin tibbi problemdən daha çox pedaqoji problem olduğuna inanır və düşünürdü ki, pedaqoji müalicə ilə bu insanlara kömək etmək mümkündür. Zamanla onun araşdırmaları və yanaşması nəticəsində əqli cəhətdən inkişaf etməmiş uşaqların yeni bacarıqlar qazanmasında ciddi irəliləyişlərə nail olundu.
Dr. Montessori deyirdi:"Biz müəllimlərimizə elm adamlarına məxsus mexaniki bacarıqlardan daha çox ruh aşılamalıyıq, yəni onların hazırlığı mexanikilikdən daha çox ruha əsaslanmalıdır"
Pis təlim və təhsil almaq uşaqların günahıdır, yoxsa səhv müasir təhsil sisteminin strukturundadır, bəlkə elə uşaqları asılılığa öyrəşdirən valideynlərdədir? Biz tədricən bütün orijinallığını və yaradıcılığını itirmək üzrə olan ərköyün və asılı uşaqlar böyüdürükmü?