Gül ki,ey qönçə dodaqlım, ki baxıb mən də gülüm,
Tanrı bir başqa gözəllik yaradıb səndə,gülüm.
Oyanıb naz ilə hər sübh dararsan zülfün,
Tellərin ətrini yellər səpələr kəndə,gülüm.
Seyri-gülşəndə çıxıb seyr eləsən naz ilə,
Baş əyər fəxr ilə güllər sənə gülşəndə,gülüm.
Mürği-dil boylanar hərdən qara xalın tərərfə,
Ac quşun bir gözü adətdi qalar dəndə,gülüm.
Öz əliylə bəzəyib həzrəti-memar səni,
Sonra göydən yerə göndərdi nümayəndə,gülüm.
Elədim zülfü-pərişanına bir dəfə nəzər,
Fikrim ondam sonra ta oldu pərakəndə,gülüm.
Vüqar Biləcərli