Siz heç səslə ətrin möcüzəli qarışığını duymusunuzmu?İpək kimi yumşaq,həlim qadın səsi ilə xoş bir ətrin qarışığını...Hələ buna sevən qadın qəlbinin istisi və sevgi ilə dolu süzgün baxışlarının sehirli mehi də əlavə olunarsa...Mağazadan alıb əlinizdə tutduğunuz ən bahalı ətir hələ özlüyündə bir şey deyil.O,yalnız bu möcüzəli qarışığı yaradacaq bir ünsürdür.
Bir insanın həyatını tam öyrənmək üçün elə bütöv insan ömrü lazımdır.Deməli,hər insan ömrü boyu yalnız bir insanın taleyini axıra kimi öyrənib duya bilər.
Ər-arvad sevgisini uzun illər qoruyub saxlamaq istəyən yaxşı qadın səhərlər yataqdan ərindən azı bir saat tez durmalı,vacib işlərini görüb özünə baxmalı idi ki,əri oyananda onu,həmişəki kimi,gözəl və təravətli görsün..