Çətin işə girişmək mənə yaxşı təsir edir. Amma yenə də açığını deyim ki, dəhşətli dərəcədə dinə ehtiyacım var. Ona görə də gecələr küçəyə çıxıb ulduzları boyamağa gedirəm.
Dünən böyük kilsənin bir neçə eskizini çəkdim. Parkdan da bir neçə eskiz çəkdim. Ancaq insanların gözlərini çəkmək daha çox xoşuma gəlir. Çünki insan gözlərində kilsələrdə olmayan bir şey var. Kilsələr əzəməti ilə bizə təsir etsə də, mənim gözümdə baldırı çılpaq, küçə qızı olsa da, insan ruhu daha maraqlıdır.