Fidan

Fidan
@_FidAnn_
Əgər gözəl olanı görə bilirsənsə, bunun səbəbi sadəcə gözəl olanı içində daşımağındır. Çünki dünya hər kəsin öz əksini gördüyü bir güzgü kimidir.
Bakı Slavyan Universiteti
Azerbaijan, Baku
5 Aralık
29 okur puanı
Mayıs 2021 tarihinde katıldı
Duyğularımın köksünə od basmağı öyrənirəm... O gündən ki, ardına baxmadan çıxıb getmişdin, Kölgən arxanca sürünürdü, Səsinin uğultusu qalmışdı lal divarların qulağında, Bir də ayaq izlərin döşəmənin cığırında... ©öz
Reklam
Səni mənə gətirmədi yaz yağışının səssizliyi Mənsə o səssizliyin içində həsrətin divarlarını öz dırnaqlarımla cızaraq günlər saydım... ©öz
Sən... Üç hərifə belə sığmayan insan Gəlişin ruhun iliklərinə qədər üşümək, gedişin bir daş sildırımlı qayadan özünü aşağı buraxmaq kimi Gecənin belə səndən ürpərdici qorxusu var, ağlın bütün çılpaqlığı ilə sənə bağlı olması, bir qızın öz məhrəmliyini iztirab kölgəsində yatan səssizliyin qucağına təslim etməsi ...sən insanın içindəki şeytanların itaət etdiyi məbəd alovlarından kənara sıçrayan bir parça, önünə çıxan hərşeyi kül edən cəhənnəm atəşi....varlığınla belə dünyanı zülmətə bürüyən kor insanın gözlərində ümidsən.. sən sökük bir binanın otagında boğazına ip keçirilmiş sonsuz arzuların qatili, dəniz dalğalarının arasında cəsarət göstərilib sahilə çata bilməyən, uzaqlardan gələn, üst-başı tozlu, bezgin üz cizgilərində ölümə qucaq açan yorğunluğun adı...daş hasarların kənarında qalmış istəkli boğuq bir səs.. səmaya gözlərini dikib, quraqlıq yaşayan çöl insanının bir damla yağışa möhtac olduğu Sən! ©öz
İnsanların çoxusu yarpaq kimidirlər: onlar havada gəzişir, fırlanır, sonda isə yerə düşürlər. Digərləri isə -çox azı- ulduz kimidirlər: onlar müəyyən yolla hərəkət edirlər, heç bir külək onları yolundan döndürə bilməz.  
Həyatda hərşey zamana tabedir.
Reklam