Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Asav.Huseyn

Asav.Huseyn
@_Hsnv
Türk qanlı, Müsəlman etiqadlı, Firəng fikirli və Avropa qiyafətli bir gənc! ~ Əli bəy Hüseynzadə
Lawyer and Writer
Law
36 okur puanı
Mayıs 2023 tarihinde katıldı
Reklam
Bu Sənin üçündür...
🫴İzahı çətin olan "İneffable" adlı hekayəmiz bu cümlə ilə bitirdi..."Bəlkə anlamışsınızdır!"... Çox şey deməyəcəm. Kitabı yazmağa başladığım an ağlımdan keçənlər ilə ürəyimdə hiss etdiklərim onu bitirən andakı ilə eynilik təşkil etmirdi. Hətta bir ara kitab o qədər yük olmuşdu ki, tələsik bitirmək istədim. Bunu bəzi hissələri oxuduğunuz zaman fərqinə varacaqsınız. Sizə oxuyacağınız ən yaxşı detektiv əsər olacaq sözünü verə bilmərəm. Amma bəlkə, ən fərqlisi ola bilər. Sonda bu Sənin üçündür... Heç vaxt ölmüyəcək olan Sənin üçün...🥀
Bu gün oxuduğum ən gözəl qısa hekayə...
Yohan Sebastian Baxın kiçik qızını, sonra üç oğlunu, sonra da həyat yoldaşını itirdiyini bilirdinizmi...¿? Sonra yenidən evləndi, sonra ikinci arvadı Anna-Magdalena, dörd qızı və daha üç oğlunu itirdi... On bir sevimli uşaq...🥺 Bax bu itkilərin öhdəsindən necə gəldi? Necə nəfəsi dayanmadı, ürəyi necə dayanmadı? Ən əsası isə o, musiqi yazmağa necə davam edə bildi¿?🤔 Kantati, Cello Suites, skats, konsertlər... Dünyanın indiyə qədər eşitdiyi ən gözəl musiqilərdən biri..🎶 ✨Onun bunu necə etdiyini bilirsinizmi? Tamaşanın sonunda həmişə "Soli Deo gloria" (Sübhanallah...) və əvvəlində "Rəbbim mənə kömək et..." yazırdı... Ona görə də Baxın musiqisi zamanı dua edə bilərsiniz, çünki musiqi özü duadır... Baxın musiqisi insanla Tanrı arasında söhbətdir...☄️

Okur Takip Önerileri

Tümünü Gör
Bakı üçün yağış vaxtı... ) ( İneffable )
Sanki, bu səhnə qarşısında gözləri dolduğundan dolayı gözyaşlarına hakim ola bilməyən səmanın asta-asta yerə buraxdığı yağış damlaları daha çox sarılmalarına icazə verməyərək ayrılıq vaxtının çatdığını onların üzlərinə vurdu....
Reklam
Bəlkə anlamışsınızdır... (İneffable...)
Amma təbii ki, sevənləri ayırmaq nə qədər böyük günah olsa da, nəhayətində cinayət deyil. Ona görə içimdəki ədalət hissi bu günaha görə bir insanı həyatından məhrum etmənin ağır bir cəza olduğunu durmadan bağırır, ürəyim isə əksinə olaraq Mənsur Əfəndinin qətlində israrlı idi...
Uzun sürən axtarışlardan sonra, nəhayət kitabı əldə etmək mümkün oldu. Ədəbiyyatımıza və yazıçımıza xeyirli olsun!
Nəimi
Nəimi
Qarmaqarışıq
Qarmaqarışıq
Yeri gəlmişkən: Əllərimə sağlıq üz qabığı İneffable dır 😊
İneffable...
Əlbəttə ki, yox. Birini öldürdüyüm doğrudur, amma yaşadığım illər ərzində heç kimə xəyanət etmədiyim, heç kimin hissləri ilə oynamadığım da həqiqətdir. Ən çox üzüldüyüm bilirsən nədir? Vicdanım bir qram belə olsa narahatlıq hissi keçirmir. Kiməsə bir üzrxahlıq borcumun olduğunu və ya hesab verməli olduğumu da sanmıram. Zamanı gələndə hesab verəcəm,amma bu yalnız barəmdə ən ədalətli hökmü çıxaracağına inandığım Tanrı qarşısında olacaq ki, O nu da qarşımda görmürəm...
İneffable ~ Tik, Tak, Tik Tak...
Həyat tam da budur. Bir tərəfdə sevinc, digər tərəfdə göz yaşı. Və bu heç zaman dəyişməzdi. Gülü tikanı, dostu nöqsanı ilə sevərmiş insan. Yer adlandırdığımız bu dünya da hər kəs üçün eyni ola bilməzdi. Yalnış anlamayın. Bu sizin insan və ya canlı olmağınız ilə əlaqəli deyil. Bu tamamən onun özü ilə əlaqəli bir durum idi. O torpağa, hətta səmaya belə o cür münasibət bəsləyərdi. Sırf eyni səmalar hər zaman günəşli olmasın deyə fırlanırdı... Bilmirəm bəlkə də, bunu səmasını günəşə, xoşbəxtliyini insanlara qısqandığı üçün edirdi, ya ədaləti bərabər şəkildə bölüşdürmək üçün, ya da inadından. Tək bildiyim onu bu cür sevməyimizdən ziyadə bir tərcihimizin olmamasıdır. Yadımdan çıxmamış onu da deyim...
Füyuzat ~ 1906
Türk qanlı, Müsəlman etiqadlı, Firəng fikirli, Avropa qiyafətli bir gənc!
Reklam
Təşəkkürlər, Qarabağ!
#Könüllərin çempionu...🤍🇦🇿
2🥀.01.1990 🇦🇿
37 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.