Məni gözəl xatırla,
Bunlar son sətirlər..
Fərz et ki, bir meh idim, əsib keçdim həyatından
Ya da bir yağış, sel oldum küçəndə
Sonra torpaq çəkdi suyu
İtib getdim..
Bəlkə yuxu idim sənin üçün
Oyandın və mən bitdim.
Məni gözəl xatırla!
Çünki sevdim səni, hər şeyini
Sənə dost oldum, sirdaş oldum
Üzünə vurmadım heç bir əksikliyini
Məni üzdün qınamadım
Öyrəşdim vəfasızlığa.
Məni gözəl xatırla!
Sənə səhifələrcə məktublar, şerler yazdım hər gecə, çoxunu oxumadım.
Gizlədim günahını, savabını, səssizcə getdim.
Məni gözəl xatırla!
Sənə unudulmaz gecələr verdim
Sənə ən yorğun sabahlar,
Gülüşümü, gözlərimi sonra səsimi verdim,
Ən gözəl sözləri yazdım gözlərinə baxa-baxa.
Deyilməmiş əlvidalar gizlətdim hər küncə...
Ne axtararsan bir sevdanın içində
Artıqlamasıyla qoydum arxamda.
Məni gözəl xatırla!