Bu kitab, yaşadığımız dünyanın qadınlara necə haqsızlıq etdiyini dilə gətirən ən təsiredici kitablardan biridir. Qadınlara olan haqsızlığın, ədalətsizliyin ili yoxdur. Bu hər ildə, 1000 il öncədə belə qarşılanan bir hadisədir. Bu sadəcə Koreyada belə deyil, dünyanın hər nöqtəsində bu cür yanaşmalarla qarşılanılır.
Qadınlar sanki bütün gün ev işi görməyə, uşağa baxmağa, yoldaşına və yoldaşının ailəsini qulluq etməyə borcludurlar. Ancaq etdikləri heç bir şey üçün bir sağol belə almırlar. Niyə, çünki o bunu etməlidir deyə qəbul olunub. Hər zaman qadın öz həyatından bir şeyləri qurban edir ailəsi üçün, gələcəyi üçün, uşaqlarının, yoldaşının xoşbəxtliyi üçün. Ancaq sonda da bütün bunların qarşılığında "sən neynirsən ki, evdə işləyib pul qazanan mənəm" deyirlər yoldaşları. Evə pul qazanıb gətirdikləri üçün sağol deyilməsini gözləyirlər, ancaq ki, qadınların evi ayaqda tutmaq üçün etdikləri o qədər şeyi göz ardı edirlər. "Nağarırsan ki, evdə oturubsan" sözlərinə sığışdırırlar o qədər şeyi.
Kişilərə hər şey olar, digər qadınlara baxmaq, yorğun olanda dostlarıyla gedib əylənmək, axşamlar küçədə gəzmək və s. Ancaq qadınlar bunlardan birini etmək istəsə o p*zğun olur. Yoldaşına xəyanət etmiş olur.
Guya gender bərabərliyi var. Guya! Ancaq yenə də kişilər üstündü. Çünki onlar evə baxırlar axı, onlar yorğun gəlirlər. Ancaq qadınlar yorulmurlar, qadınlar bezmirlər, qadınlar ağrımırlar, qadınlar sıxılmırlar, istirahətə ehtiyac duymurlar, əylənmək istəkləri yoxdur. Çünki onlar robotdur! Ancaq, kişilər insandı onların bunlara haqqı çatır!
Bu iyrənc düşüncə heyif ki, hər 10 nəfərdən 8ində var. Və olmağa da davam edəcək.
Bir qadın olaraq yaşamaq çətindir və çox da qürurludur!
Bu mövzu haqqında o qədər danışmaq olar ki. Amma heyif ki, bu mövzuya çatanda, qadınlar haqlarını tələb edəndə