Kasıbın ehtiyacı varlının israfı qədərdir. Tanrı süfrəsini hamıya açır, kasıba da varlıya da, biriləri öz paylarıyla doymurlar deyə, kimlərsə ac qalır bu dünyada...
...azadlıq da sağlamlıq kimidir; onu qazanmaqla iş bitmir, ovcunun içində bərk-bərk sıxıb, hər gün-hər gün, göz bəbəyi kimi qorumaq lazımdır; və əsarət də xəstəlik kimidir; bir dəfə xilas olmaq çarə deyil, ondan hər an uzaq durmaq, hər gün qorunmaq lazımdır!
🇦🇿Allah şəhidlərimizə rəhmət etsin😔🥀
Hümeyd deyir ki: "Ənəs ibn Malikdən eşitdiyimə görə, Rəsulullah (Sallallahu aleyhi və səlləm) belə buyurmuşdur: " Ölərək Allah qatında xeyirli bir dərəcəyə nail olan qullar arasında şəhiddən başqa heç kəs - ona içindəkilərlə birlikdə dünya verilsə belə - təzədən dünyaya gəlmək istəməz. Şəhid, şəhidliyin nə qədər üstün bir dərəcə olduğunu gördüyünə görə, dünyaya qayıdaraq yenidən şəhid olmağı arzulayar."
B2795 Buxari, Cihad. 6