Xeyale

Xeyale
@_Xeyale_
Kompyuter Mühəndisliyi
Baku
Baku, 13 Aralık 1992
190 okur puanı
Ağustos 2020 tarihinde katıldı
Şu anda okuduğu kitap
8/10
Dümadan ilk dəfə “Monte Kristo Kontu” əsərini oxumuşdum…Çox bəyənmişdim…Növbəti kitabımız yazardan “Siyah lale” kitabıdı…Düzün desəm ilk səhifələrdə çox çətin irəliləməyi, məni məyus etmişdi…Çünki daha çox siyasi mövzulara toxunulub ki, bu da heç sevmədiyim mövzudu…Bir də xranologiyası çox olan kitabdı…(hadisələrin tam olaraq neçənci ildə olduğu yadımda qalmadı)…Amma hardasa 30-35 səhifədən sonra kitab maraqlı olmağa başladı və əlimdən qoymadığım bir kitaba çevrildi… Kitabın mövzusuna gəlsək…Burada əsasən tarixi, siyasi və sevgi mövzularına toxunulub… Hərşey gözəl olan halda heç hərşeyiniz əlinizdən alındı mı? Günahsız olmağına rəğmən özünü edam edilənlərin içində tapan Cornelius Van Baerlenin sevgi, macəra dolu hekayəsiylə qarşı-qarşıya qalacaqsınız…
Siyah LaleAlexandre Dumas · Türkiye İş Bankası Kültür Yayınları · 202319bin okunma
Reklam
Puan vermedi
Delilik ne zaman sona erer ve gerçekçilik nerede başlar? Qəribə kitab idi…Hardasa 10 səhifəsini təkrar-təkrar oxumuşam…Adları yadda saxlamaq çətin olduğundandır bəlkədə ilk başda çətinlik çəkdim…Digər səhifələrini rahat oxudum…Hətta axıcı bir kitab olduğunu söyləyə bilərəm… Kitabda İnnsmouth bölgəsində yaşanan qəribə və qorxunc hadisədən bəhs edir…Bu ərazi dənizə yaxındır…Dənizdən gələn bir məxluq bu hadisələrin başında durur… Bu tip kitab ilk dəfədi oxuyurdum…Sonu gözləmədiyim kimi oldu…Qorxu janrı sevənlərə tövsiyyə edirəm
İki Novella: Inssmouth Üzerindeki Gölge - Zamanın UçurumundaH. P. Lovecraft · Alfa Yayıncılık · 201585 okunma
Puan vermedi·816 syf.··
2022 71. kitabı
·
19 günde okudu
·
Okunma: 17 Kasım 2022 20:32
Vaxtdan daha bahalı və qiymətli heç nə yoxdur, gəlin onu yaxşı işlərə sərf eləyək… Bu gün sizə çox fərqli, düşündürücü, zaman- zaman güldürən, sətiraltı mənalarla dolu olan klassikayla gəlmişəm. Yazarımız satirik texnika ilə qələmə aldığı əsərdə cəmiyyət, din, hərb və həyatla bağlı bir çox məsələlərə toxunur… Kitab 5 seriyadan ibarətdir. Ən məhşuru Qarqantua və onun oğlu Pantaqrueldi. Kitabda adı keçən hər insan barəsində başlıq mövcuddu və burada onlar haqqında geniş məlumatlar verilir…Siz onları gözünüzdə canlandırmaqda bir az çətinlik çəkə bilərsiniz, çünki inanılmaz görünüşə malikdirlər… Mövzusu haqqında qısaca danışsaq, kitab böyük bir ailədə doğulan Qarqantuanın anadan olması ilə başlayır. Zaman keçdikcə böyüyən bu nəhəngin macəralarını oxuyarkən, arabir gülür, arabir düşünürük…Böyüdükcə dərdləri böyüyən nəhəng cəngavər Qarqantua həyatı istədiyi kimi yaşamağa qərar verir… Kilsəni, idarəni, hərbçiləri ağır tənqid etdiyi üçün yazıldığı dövrdə toplanan bu əsərdə tez-tez istifadə olunan söyüşlər, nalayiq zarafatlar, ifadə pozğunluqları oxumağıma mənfi təsir göstərdi…Anlatım dili də olduqca çətindi… Bəzən bir səhifəsini bir, neçə dəfə oxumaq lazım gəlir…Bu səbəbdən nə vaxtsa yenidən oxumağım lazım gələcək… Mənim üçün qaranlıq qalan məqamlar oldu… Əgər fərqli, düşündürücü, ağır kitab axtarırsızsa, bu kitab tam da sizin üçündür…Şans verə bilərsiniz…
Qarqantua və PantaqruelFrançois Rabelais · Şərq-Qərb Nəşriyyatı · 20141,433 okunma