Gülsevar Hasanova

Gülsevar Hasanova
@__Booklover
Allahın aslanı, Kəbə övladı, möminlərin əmiri, dinin dirəyi, hidayət öndəri İmam Əlinin doğum günü bütün İslam aləmi üçün xeyirli olsun✨
Din
Reklam
Kərbəla hələ də səhra deyil, vicdan sınağıdır
#Aşura
Aşura təqvimdə bir gün deyil; zülmə qarşı həqiqət fəryadıdır. Kərbəla, Həzrət Hüseynin (ə) həyatı ilə möhürlədiyi ədalət manifestidir. O səhra istisi hələ də vicdanlarımızı yandırır. Zeynəbin səbri, Hüseynin fədakarlığı, Əli Əsgərin sükutu əsrlər boyu insanların dillərində əks-səda verir. Biz Hüseynçi mövqeyinin varisləriyik. Bizim matəm göz yaşı ilə məhdudlaşmır; haqsızlığa qarşı durmağın, şərəfli həyat sürməyin adıdır. “Orada olsaydıq, səninlə olardıq” deməklə kifayətlənmir... Bu gün bizim borcumuz Hüseyn kimi uca durmaq, zalımın qarşısında baş əyməməkdir. Əziz Əhli-beyt şəhidlərini rəhmət və ehtiramla yad edirəm. Onların qoyduğu iz bizim getdiyimiz yoldur.
Din