Bir insanı sadəcə silahla deyil,ağır sözlərlə,psixologiyasına zərər verməklə də öldürmək olur.Biz bəzən əsəbi olduğumuz üçün qarşımızdakı insanın da qəlbinin olduğunu unudur,ona elə sözlər deyirik ki,o neçə gün hələ də o sözlərin təsiri altında qalır.Hətta,həmin insanın beynində özünə zərər vermə,intihar etmə kimi düşüncələr varsa biz də sözlərimizlə bu fikrində daha da qərarlı olmağa hətta intihara cəht etməsinə belə səbəb ola bilirik.Necə də qorxunc və qəribədir.Sırf sən onu sözlərinlə incitdin deyə intihar edəcək səviyyəyə gəlməsi.Yəni,demək istədiyim odur ki, istər əsəbi olun istər sakit,amma qarşınızdakının da bir qəlbinin olduğunu düşünərək qurun cümlələrinizi.