call me Cordelia

call me Cordelia
@__bookreader__
İblis nədir? -Cümlə xəyanətlərə bais... Ya hər kəsə xain olan insan nədir? -İblis!..
Sayfa 112·Kitabı okudu
Reklam
İblis: İblis!.. O böyük ad nə qədər calibi-heyrət! Hər ölkədə, hər dildə anılmaqda o şöhrət, Hər qülbədə, kaşanədə, viranədə İblis! Həp Kəbədə, bütxanədə, meyxanədə İblis! Hər kəs bəni dinlər, fəqət eylər yenə nifrət, Hər kəs bana aciz qul ikən, bəslər ədavət, Lakin bəni təhqir edən, ey əbləhü miskin! Olduqca müsəllət sana, bil, nəfsi-ləimin, Pəncəmdə dəmədəm əzilib qıvrılacaqsın, Daim ayaq altında sönüb məhv olacaqsın. Bənsiz də, əmin ol sizə rəhbərlik edən var: Qan püskürən, atəş savuran kinli krallar, Şahlar, ulu xaqanlar, o çılğın dərəbəglər, Altın və qadın düşkünü divanə bəbəklər. Bin hiylə quran tilki siyasilər, o hər an Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan; Onlarda bütün fitnəvü şər, zülmü xəyanət, Onlar duruyorkən bəni təhqirə nə hacət?! Onlar, əvət onlar sizi çignətməyə kafi, Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi... Bən tərk edərim sizləri əlan, nəmə lazim! Hiçdən gələrək, hiçliyə olmaqdayım azim.
Sayfa 111·Kitabı okudu
İxtiyar: Tanrıdan, yırtıcı sərsəmlərdən, Şu batan qanlı günəşdən, göydən. Hiçliyin qəhqəhəsindən... Ey sən! Sən ki, fəxr etmədəsin ədlinlə, Bu nə xilqət, bu nə hikmət? Söylə! İblis: Fəzlə, həp fəzlə bütün qəhrü niyaz, Üzülüb durma, o hiç aldırmaz. Bir çocuqdur ki, o pək bipərva, Bir oyuncaqdır onunçin dünya; Həm yapar, həm də qırar əylənərək, Bu da bir başqa məraq olsa gərək...
Sayfa 91·Kitabı okudu
İblis: Qaçmalı, əlbəttə, uzaqlaşmalı, Başqa cinayətlərə yaqlaşmalı. Siz nə qadar bəndən uzaqlaşsanız, Yer deyil, əflakə uçub qaçsanız, Qarşılaşıb birləşiriz daima, Ayrı deyil, çünki biriz daima.
Sayfa 74·Kitabı okudu
İblis: Get, lakin o hörmət və məhəbbət Bir gün doğurur qanlı ədavət. Get, bəllidir insandakı xislət; Sizlərdəki ülfət; sonu vəhşət, Sizlərdəki şəfqət; sonu nifrət, Sizlərdəki rəhmət; sonu lənət!..
Sayfa 31·Kitabı okudu
Reklam