İnsan əlindəkinin dəyərini çox vaxt itirmə qorxusu, içində baş qaldırdığı zaman anlayır. Bəzən də ətrafında ona dəyərli olan bir çox şey olmasına baxmayaraq özünü məyus, dəyərsiz hiss edir. Özünə qapanır və insanlardan uzaqlaşır. Və ətrafındakılar dərk etmək üçün, harda səhv etdiyini anlamaq üçün sadəcə bir insanın köməyi bəs edir.
Özünü anlamaq üçün bəzən qıraqdan bir gözün səni mühakimə etməsinə, harda səhv etdiyini bildirməsinə icazə verməlisən. Harda səhv etdiyini anlasan o səhvləri düzəldib, yenidən həyatına maraq qata bilər və həyatını daha canlı edə bilərsən....
Yaşatdığı bütün duyğularla möhtəşəm kitab idi....