Ayan

Ayan
꩜𓂃Göydəki o tənha ulduz sanki məni andırır..𓂃✧ ๋࣭ ⭑ ☾ 𓏲 ๋࣭ ⭑𓆉 ๋࣭ ⭑꩜ melankomiksel✰𓏲 ๋࣭ ⭑
Azərbaycan
18 Temmuz
688 okur puanı
Temmuz 2023 tarihinde katıldı
Ahhh, fındığımm Charlie..
10/10
·325 syf.··
Beğendi
·
2025 65. kitabı
·
8 günde okudu
·
Okunma: 11 Eylül 2025 13:40
Bu kitab bir insanın sadəliyindən zirvəyə, zirvədən isə yenidən sadəliyə düşən həyat hekayəsidir. Charlie’nin gündəliklərində hər cümlə ilə onun yolunu izləyirsən – əvvəl qarışıq, amma içdən gələn yazılar, sonra parlaq və ağıllı düşüncələr, sonda isə yenidən uşaq məsumluğu… Ən çox da ailə ilə olan münasibətlər mənə toxundu. Bir övladın qəbul edilməməsi, sevgi yerinə utanc və laqeydliklə qarşılaşması sanki insanın ruhunu parçalayır. Charlie, nə qədər dəyişsə də, içindəki o sevgiyə, ailədən gözlədiyi ilıq toxunuşa həsrət qalır. Onun ən böyük yarası savadsızlıq deyil, sevilməməkdir. Algernon’un qəfəsdə çırpınışı isə sanki insan taleyinin güzgüsüdür. Çiçək kimi açıb solmaq. Hər şeyin faniliyi, ağılımızın, gücümüzün belə bir gün tükənəcəyi gerçəyi.. "Algernon’a Çiçekler"... sonda məni ağlatsanda qəlbimdə dərin bir iz qoydun. ๑⁠˙⁠❥⁠˙⁠๑Xoş oxumalar.๑⁠˙⁠❥⁠˙⁠๑
1000Kitap
Algernon'a ÇiçeklerDaniel Keyes · Koridor Yayıncılık · 202536,4bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Aktrisa Nuriyyə..)
Puan vermedi·224 syf.··
Beğendi
·
2025 28. kitabı
·
27 saatte okudu
·
Okunma: 13 Mayıs 2025 01:47
Əfəndiyevin ikinci məşhur əsəridir ki bitirdim. Əfəndiyevin dili sadə, lakin çox poetik və emosionaldır. Təbiət təsvirləri, insan duyğularının təsviri, dialoqların səmimiliyi və həyatiliyi insanı dərindən təsirləndirir. Əsərdə sanki tanımadığım bir qadının deyil, çox yaxından bildiyim,bir insanın həyatını oxuyurdum.Onun yaşadıqları, keçirdiyi daxili sarsıntılar çox ağır idi. O, başqasının etdiyi səhvlərə baxmayaraq dəyişmir, kin saxlamır. Onun tənhalığı çox tanış bir duyğudur. O ağrılarını qışqıraraq yox, səssizcə yaşayırdı. Bu susqunluğun içində o qədər şey var idi ki... bir insan bu qədər susaraq necə bu qədər danışa bilər, onu bu əsərdə anladım. Söyüdlərin altında axan arx, sanki Nuriyyənin içində axan göz yaşlarını simvolizə edir – sakit, dayanmadan, səssizcə axan… Bəzən səsimiz çıxmasa da, varlığımızla, duruşumuzla, sakitliyimizlə çox şey deyə bilərik.Bu kitab bir daha mənə göstərdi ki, bir insanın sakit duruşunda böyük bir həyat mübarizəsi gizlənə bilər. 𝙆𝙚𝙮𝙞𝙛𝙡𝙞 𝙤𝙭𝙪𝙢𝙖𝙡𝙖𝙧.
Alıntı
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,303 okunma
'Məcburiyyət' sözünü heç sevmirəm.
Puan vermedi·50 syf.··
2025 27. kitabı
·
2 saatte okudu
·
Okunma: 09 Mayıs 2025 18:09
Stefan Zweig'in “Məcburiyyət” əsəri insanın daxili vicdanı ilə xarici təzyiqlər arasında qaldığı ziddiyyətli bir dünyanı təsvir edir. Birinci Dünya Müharibəsinin qaranlıq günlərində yazılmış bu qısa hekayə, yalnız dövrün deyil, eyni zamanda hər çağın insanına toxunan bir məsələni – azad iradə ilə məcburiyyət arasındakı çarpışmanı mərkəzə alır. Zweig bu əsərdə oxucunu bir insanın iç dünyasının ən qaranlıq künclərinə aparır. Ferdinandın tərəddüdləri, qorxuları, sualları o qədər incəliklə və səmimiyyətlə yazılıb ki, oxucu onunla birgə eyni daxili mübarizəni yaşamağa başlayır. Əsər təkcə savaşın xarici yıxımını deyil, insan ruhunda açdığı yaraları da göstərir. "Məcburiyyət", yalnız savaş əleyhinə bir hekayə deyil; insanın öz dəyərləri uğrunda verdiyi mübarizənin simvoludur. Stefan Zweig azadlığın, vicdanın və sülhün səsini hər sətirində duyurmağı bacarır.
MecburiyetStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202175bin okunma
Werther'in sonu...
Puan vermedi·126 syf.··
Beğendi
·
2025 22. kitabı
·
3 günde okudu
·
Okunma: 29 Nisan 2025 00:00
“Genç Werther’in Acıları” kitabı, gənc bir insanın sevgi və həyat qarşısında yaşadığı dərin və qaçınılmaz acıları açıq şəkildə ortaya qoyur. Werther'in duyğuları o qədər güclü və içtəndir ki, oxucu olaraq mən də onun hər bir təəssüratını öz içimdə hiss etdim. O, sevginin hər iki üzünü, həm gözəlliyini, həm də acısını yaşayır, lakin heç bir zaman özünü həmin duyğulardan qurtara bilmir. Bu, onun daxili mübarizəsi və tənhalığı ilə daha da dərinləşir..Goethe bu əsərində sevginin insanın içində yaratdığı qarışıqlığı, ümidsizliyi və tənhalığı ustalıqla izah edir. "Genç Werther’in Acıları", duyğuların heç bir sərhəd tanımadığını və bir qəlbin, səssizcə və ağrılı bir şəkildə, necə yavaş-yavaş sona yaxınlaşdığını ən dərin və incə notlarla bizə göstərir. Oxuyursan... və hiss edirsən.
Genç Werther'in AcılarıJohann Wolfgang Von Goethe · Türkiye İş Bankası Kültür Yayınları · 2024149,9bin okunma