Günay Mehdiyeva

Günay Mehdiyeva
@_esme_ralda_
Kelimeler hayattır...
Öğretmen
Azerbaycan, 19 Ocak 1988
35 okur puanı
Temmuz 2022 tarihinde katıldı

Günay Mehdiyeva

, bir kitap okudu
10/10
·376 syf.··
2026 1. kitabı
Rövşen Abdullaoğlu
9.1/10 · 2.492 okunma
Reklam
10/10
·376 syf.··
2026 1. kitabı
Milyonlarla insanın içində özünü ən tənha hiss etdiyin anlar olur. Düşüncələrində və duyğularında tek olduğunu, anlaşılmadığını düşünürsən. Belə zamanlarda bəzən elə kitablarla tanış olursan ki, hər səhifəsində öz ağrılarını da tanıyırsan. İki yaralı ruhun bir-birinə məlhəm olmağı sene göstərir ki, bəzən ehtiyac duyduğun, seni xilas edəcək olan şey möcüzələr deyil, həqiqətən seni anlayan bir insandır. Bu şəhərdə kimse yoxdu amma elə bir insan var ki, bu yetərlidir.
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20242,492 okunma
Bu səhnəni seyr edən mələklərdən biri dedi: - İnsan onu ucaldacaq fürsətləri bilərəkdən əldən verəcək qədər ağılsızdır. O biri mələk dilləndi: - Gözlərini bağlı qapılara zilləyib açıq qapıları görməyən bir varlıqdır. - İnsanlar ağılları ilə deyil, hissləri ilə yaşamaq istərlər. Bu mümkün olmayanda da başlayırlar iztirab çəkməyə. - İnsan nəyi bilmir, nəyə inanmır? - Yəqin ki, öz gücünün nə qədər hüdudsuz olduğuna.
Tale insanı məhz niyyətinə görə mükafatlandırır. Niyyəti düzgün olanda görülən işdən onun sahibi də fayda götür. Ancaq niyyət düzgün olmayanda iş gözəl nəticə versə də, onu icra edənə heç bir faydası toxunmur. Bir çox hadisələrə və onların gələcək təsirlərinə bu prizmadan nəzər saldıqda aləmdə bir hədəfin və gizli planın olduğunu hiss edirsən. Bəzən bilmədən və istəmədən o gizli planın icraçılarına çevrilir, həmin gizli hədəflərə doğru yönləndirilirik. Bəzi işlər biz istəməsək də, baş verir. Halbuki həmin işləri məhz özümüz istəyərək etsək, bizə də faydası dəymiş olar. Müdriklərin dediyi kimi, insan öz istəyi ilə sərvətindən xeyir işlərə sərf etməsə, həyat onu əvəzində mükafatı olmayan işlərə məcbur edəcək.
Reklam