Bu səhnəni seyr edən mələklərdən biri dedi:
- İnsan onu ucaldacaq fürsətləri bilərəkdən əldən verəcək qədər ağılsızdır.
O biri mələk dilləndi:
- Gözlərini bağlı qapılara zilləyib açıq qapıları görməyən bir varlıqdır.
- İnsanlar ağılları ilə deyil, hissləri ilə yaşamaq istərlər. Bu mümkün olmayanda da başlayırlar iztirab çəkməyə.
- İnsan nəyi bilmir, nəyə inanmır?
- Yəqin ki, öz gücünün nə qədər hüdudsuz olduğuna.
Tale insanı məhz niyyətinə görə mükafatlandırır. Niyyəti düzgün olanda görülən işdən onun sahibi də fayda götür. Ancaq niyyət düzgün olmayanda iş gözəl nəticə versə də, onu icra edənə heç bir faydası toxunmur.
Bir çox hadisələrə və onların gələcək təsirlərinə bu prizmadan nəzər saldıqda aləmdə bir hədəfin və gizli planın olduğunu hiss edirsən. Bəzən bilmədən və istəmədən o gizli planın icraçılarına çevrilir, həmin gizli hədəflərə doğru yönləndirilirik. Bəzi işlər biz istəməsək də, baş verir. Halbuki həmin işləri məhz özümüz istəyərək etsək, bizə də faydası dəymiş olar. Müdriklərin dediyi kimi, insan öz istəyi ilə sərvətindən xeyir işlərə sərf etməsə, həyat onu əvəzində mükafatı olmayan işlərə məcbur edəcək.
İnsan gençken zamanı, kaç yıl geride bıraktığını düşünerek değerlendirir. Kaç yılı kaldığını düşünmeye başladığı andan itibaren de orta yaşa girmiş olur.