Mazoxist şəxs dözülməz tənhalıq və təcridolunma hissindən onu istiqamətləndirən, müdafiə edən, üzərində rəhbərlik edən, onun üçün sanki həyat mənbəyinə, havaya çevrilən başqa bir insanın ayrılmaz hissəsinə çevrilərək azad olur."Tabe olduğu obyektin qüdrəti, insan və ya səcdəgah olmasından asılı olmayaraq, onun üçün son dərəcə yüksək olur: o hər şeydir, mən isə heç nəyəm, mən yalnız onun bir hissəsi olduğum üçün əhəmiyyət kəsb edirəm və məhz onun bir hissəsi olmaqla, mən onun qüdrətinə, gücünə, əzminə aid oluram. Mazoxist şəxs heç zaman ciddi qərarlar qəbul etmir, riskə getmir, tənhalıqda qalmır, amma bununla belə, heç vaxt müstəqil də olmur – onda tamamlıq, bütövlük çatışmazlığı var, o hələ tam doğulmayıb.
Müasir kütləvi istehsalatda malların standartlaşdırılması tələb olunduğu kimi, müasir inkişafda da insanların standartlaşması tələb olunur və bu unifikasiya "bərabərlik" adlanır.