Sevgi bəzən bir “necəsən?” sözüdür. Bəzən insan qəlbində yığılıb qalmış, ancaq dilə gətirə bilmədiyi hisslərini bir “necəsən?”, “hər şey yaxşıdır?” sözlərinə sığdırıb deyə bilər. Qəribə, bəlkə, gülməli səslənə bilər, ancaq bu, həqiqətən də, belədir. Sevgi və diqqəti bildirmək üçün böyük və şairanə cümlələrə gərək yoxdur. Bəzən böyük hissləri kiçik sözlər də ifadə edir.