Bu şəhərdə kimsə yoxdur! İnsanlarla dolu kimi görsənir, ancaq başını çiyninə qoyub ağlayacağın biri yoxdur. Səni anlayacaq, yıxılanda əl uzadıb yerdən qaldıracaq biri yoxdur. Bu şəhərdə milyonlarla insanın içində sən təksən, kimsəsiz və gözəgörünməz! Bütün şəhərlər də elə bu cürdür. Ölkələr də elə şəhərlərdən təşkil olunmayıbmı? Deməli, bütün bu dünyada tək-tənhasan.
Bilirsən, onun adını niyə məhz “keçmiş"qoyublar? Olanları özündə dəfn etdiyi və acı-şirin hadisələrin səhifələrini ömrümüzdən vərəqləyərək bizi “bu gün” adlı yeni səhifəyə keçirdiyinə görə. Artıq yepyeni gündə, yeni səhifədəsən. Keçmişdə baş verib bitmiş hadisələrlə bağlı düşüncələrə son verməyənə qədər bizim üçün bu gün gəlməyəcək. Cismi hazırkı zamanda, fikri-xəyalı keçmişdə yaşayan o qədər insan var ki..
Həyat çox sadədir, onu biz insanlar qəlizləşdiririk.Həyat çox gözəldir, onu biz özümüz bədbəxtliyin qara rənginə boyayırıq.Ölməmiş insanı indidən dəfn etməzlər.