“İnsan bəzən məsələlərə içdən deyil, kənardan baxır.Bəzən güzgüyə özümüzü görmək üçün baxırıq.Bəzənsə bir əşya kimi nəzər salırıq.Bu zaman özümüzü görmək əvəzinə, güzgünün ölçüsünü, formasını, üstündəki cızıqları, ləkələri görürük.Çox vaxt eşitdiyimiz mənalı, həyat dolu sözlərə, ibrətli hadisələrə özümüzü görmək, öz həyatımıza tətbiq etmək üçün nəzər salmırıq.Sözün mənasına deyil, zahirinə baxırıq.Buna görə də eşitdiklərimiz və gördüklərimiz qəlbimizə işləmir.”
Həyatın quru fəlsəfə üzərində deyil, əməllər üzərində qurulması bir həqiqət idi.Həyat üçün sənin kimliyin, nə düşündüyün, nə istədiyin, nəyə qadir olduğun, “yaxşı insan” olmağın qətiyyən önəmli deyil.O sənin nə etdiyinə baxır, məhz nə etdiyinə.