Zurnalarbenimiçinçalıyor

Zurnalarbenimiçinçalıyor
@_nnn_
29 September 2006
52 reader point
Joined on September 2020
408 syf.
10/10 puan verdi
Xarakterləri bir-birindən tamamilə fərqlənən amma bir-birlərini tamamlayan üç dostun atıldığı macəradan bəhs edilir kitabda. Kitab bu dostlardan biri olan Selimin dilindən yazılıb. Yazarın ətraflı təsviri ilə Beyoğlunun küçələrində gəzmiş,gəzərkən də Beyoğlunun tarixi,memarlığı haqqında çox şey öyrənmiş oldum. Romanın əsas hissəsi kitabın ortalarında başlayır. Yenə də axıcı maraqlı idi giriş hissəsi də. İndiyə qədər oxuduğum heç bir əsərdə belə "plot twist" görməmişdim. Sonluğu ilə məndə dərin iz buraxdı deyə bilərəm. Bəzi hissələrini keçərək oxusam da tövsiyə edirəm.
Beyoğlu Rapsodisi
Beyoğlu RapsodisiAhmet Ümit · Everest Yayınları · 201627.2k okunma
Reklam
128 syf.
10/10 puan verdi
·
Read in 2 hours
İndiyə qədər oxuduğum ən zərif kitablardan biri
Kitab evini axtaran uşağın yolunun köstəbək, tülkü və atla kəsişməsindən bəhs edir. Kitabdakı obrazların hər biri fərqli xarakteristik xüsusiyyətlərə sahibdir amma hər birində özünüzdən nələrsə tapacaqsınız. Kitab haqqında deyiləsi çox şey yoxdur,oxuyun oxutdurun.
Balaca Şahzadə
Balaca Şahzadə
kitabını bəyəndinizsə,bunu da mütləq bəyənəcəksiniz. Kitabın eyniadlı animasiya filmi var onu da izləyə bilərsiniz
Çocuk, Köstebek, Tilki ve At
Çocuk, Köstebek, Tilki ve AtCharlie Mackesy · Mundi Yayınevi · 20212,496 okunma
208 syf.
8/10 puan verdi
·
Read in 4 days
1920-ci illər Azərbaycanına səyahət
İsmayıl Şıxlının oxuduğum ikinci əsəri. Bu əsərdə
Dəli Kür
Dəli Kür
ilə çox oxşar motivlər(?) var idi. Hər iki əsər də bəhs edildiyi dövrün zehniyəti, mədəniyyəti, düşüncə tərzi, hakimiyyəti haqqında fikir sahibi olmağa imkan verir. Əsərdə xalqın maariflənməsi və ən əsas olaraq da ordu yaradılması məsələsinə yer verilmişdi. İsmayıl Şıxlının istifadə etdiyi geniş lüğət, dilin imkanlarından ustalıqla istifadə etməsi əsəri oxuyarkən mənə böyük zövq vermişdi. Əsərdə məni ən çox təəccübləndirən şərin belə soyuqqanlılıqla qarşılanması idi. Xeyir və şərin bir-birini izləməsini, demək olar ki, bütün əsər boyu müşahidə etdim. İsmayıl Şıxlının əsərlərində mənim üçün unudulmaz obrazlar olur. Bu əsərdə Ömər koxa vüqarın, müdrikliyin və qürurun, Güllü isə dözümün, soyuqqanlılığın və əsl Azərbaycan qadının simvoluna çevrildi.
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Qanun Nəşriyyatı · 2011233 okunma

Reader Follow Recommendations

See All
208 syf.
8/10 puan verdi
·
Liked
·
Read in 3 days
Spoiler var
Osmanlı tarixinin bir hissəsi haqqında fərqli baxış bucağı qazandırıb, "ya belə olsa idi" deyə düşünməyə səbəb oldu. Ufkumu və dünya görüşümü genişləndirən kitablardan idi. Yiğit Gündüzün qardaşının qatillərinin kim olduğunu araşdırarkən çox qədim və güclü bir örgütlə qarşı-qarşıya qalmasından bəhs edən bu kitab tarixə xüsusi bir marağım olmasa belə zövq aldığım bir kitab oldu. Kitabda bəyənmədiyim bəzi yerlər var idi. Bunlardan birincisi məkan və xüsusilə də şəxslərin xarici görünüşünün təsvirlərinin az olması idi. Bəzi məkanları və şəxsləri xəyal etmək çətin oldu. Yenə də bu oxuma zövqünü çox da qaçıran bir faktor deyil. Ikincisi kitabın əvvəlindən bəri gücü,tarixi, qədimliyi haqqında mədhiyyələr düzülən ERKAN'ın şifrələri bu qədər asan çözülməməli idi. Daha qarmaşıq şifrələr gözləyirdim. Cildi də daha gözəl ola bilərdi məncə. Tarixi kurgu olduğu üçün hansı məlumatın kurgunun bir parçası hansının isə tarixi reallıq olduğunu araştırmaq önəmlidir. Oxuyarkən məkanları araşdırıb oxumağınız daha əyləncəli olardı. Dan Brown qələmini sevənlər üçün yaxşı seçim ola bilər
Derin İmparatorluk
Derin İmparatorlukOrkun Uçar · Altın Kitaplar · 2007294 okunma
440 syf.
10/10 puan verdi
·
Read in 29 days
Çoxları kimi şəxsi inkişaf kitabı niyyəti ilə başladığım,amma içində bir çox mövzu haqqında səmimi, dürüst və cəsarətlə yazılmış fikirlərin olduğunu anladığım əsər oldu. Əsərdə bir çox mövzu təkamül nəzəriyyəsi ilə izah edilmişdi. Türk cəmiyyətinin hazırda olduğu vəziyyət və bunun səbəbləri də çox aydın və geniş şəkildə araşdırılmış,şəxs və cəmiyyət olaraq həyatımıza tətbiq etməli, dərs almalı olduğumuz bir çok mövzuya toxunulmuşdu. Ali Demirsoyun oxuduğum ikinci kitabıdır. Oxuduğum birinci kitabı olan
Renklerin Kökeni
Renklerin Kökeni
qədər axıcı və rəngli olmasa da, mənə çox fərqli baxış bucağı qazandıran kitab idi Ali Demirsoyun eyniadlı TEDx çıxışını da tövsiyə edirəm. Çox bəyəndiyim çıxışlarından biri idi.
Ustaca Yaşam
Ustaca YaşamAli Demirsoy · Asi Kitap · 201862 okunma
Reklam
100 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 25 hours
Spoiler yoxdur, çünki kitabda spoiler verə biləcəyim heç nə baş vermir
Lev Tolstoy
Lev Tolstoy
un
İnsan Neyle Yaşar?
İnsan Neyle Yaşar?
dan sonra oxuduğum ikinci kitabı. İlk kitabı heç bəyənməmiş, üstəlik rus ədəbiyyatına qarşı önyargı qazanmışdım,amma bu kitab bütün qərəzli fikirlərimdən daşınmağıma yetərli oldu. Kitabda ağır xəstəliklə mübarizə aparan İvan İlyiçin həyat, ölüm, yaşam haqqında fikirlərindən bəhs edilir. Bu kitab və
Dönüşüm
Dönüşüm
kitabini oxuyarkən eyni şeyləri hiss edirdim. İvan İlyiç və Gregor Samsanın bəzi (xüsusilə ailəvi məsələlərdə) ortaq nöqtələri vardı,məncə. İvan İlyiçin fikirləri, düşüncələri, hissləri, davranışları o qədər realdır ki, ölüm,yaşam həyatı necə yaşamalı mövzusunda düşünmüş hamıya tanış gələcəkdir. Olduqca durğun,pessimist və monoton irəliləməsinə baxmayaq sıxılmadan oxudum. Əsərin ən ovsunlayıcı hissəsi son iki hissəsi (12 hissə idi ümumilikdə) idi mənim üçün. Rus ədəbiyyatına maraqlı və önyarğısız başlamaq üçün yaxşı seçim ola bilər.
İvan İlyiç'in Ölümü
İvan İlyiç'in ÖlümüLev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 202245.4k okunma
144 syf.
8/10 puan verdi
·
Read in 6 days
Qadına verilməyən dəyəri, xalqımızın cəhalətini, savadı, dünyagörüşü olanların yox əlində çubuğu olan şəxslərin vəzifədə olması və bu kimi cəmiyyətimizin mənfi tərəfləri olduqca açıq bir dillə yazılıb. Əsərdəki personajları (bəlkə daha da pislərini) ətrafımızda görə bilərik Cəmiyyətimizdə hələ də düşüncə tərzi qədimdə qalan insanların olması utanc vericidir.
Danabaş Kəndinin Əhvalatları
Danabaş Kəndinin ƏhvalatlarıCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 2019617 okunma
48 syf.
·
Not rated
Kitabda Nazım Hikmet'in üç şeiri (Ceviz ağacı, Yaşamaya dair, Masalların masalı) yer alıb. Bu şeirləri artıq oxumuş və ya əzbərləmiş olsaq da içindəki illüstrasiyalar(Sedat Girgin) üçün oxumağa dəyər. Çox gözəldirlər.
Üç Şiir
Üç ŞiirNazım Hikmet Ran · Yapı Kredi Yayınları · 2016609 okunma
152 syf.
10/10 puan verdi
·
Liked
Kitab şairin vəfatından sonra xanımı Dilbər Axundzadə tərəfindən yazılmış kitabdır. Beləliklə biz şairin sadəcə yaradıcılığı ilə deyil həm də məişət həyatı ilə tanış olmaq şansı əldə edirik. Güclü yumor hissinə malik olan,nikbin, şeirə sonsuz sevgi bəsləyən bu şairə kitabı oxuduqda bir daha heyran olacaqsınız. Kitabda Mikayıl Müşfiqin dostlarının, yaxınlarının da xatirələrinə yer verilib. Beləcə,biz onun cəmiyyətdəki dost, müəllim obrazı ilə də tanış oluruq. Kitabda Müşfiqin repressiya qurbanı olduğu zamanlar haqqında xatirələr demək olar ki, yoxdur. Həmçinin Dilbər xanımın tamamlaya bilmədiyi "Müşfiqsiz günlərim" kitabını da tövsiyə edirəm. Müşfiqin repressiya qurbanı olduğu zamanlar haqqında daha çox xatirələrə yer verilib bu kitabda.
Müşfiqli Günlərim
Müşfiqli GünlərimDilbər Axundzadə · Kitab Klubu Nəşriyyatı · 2019284 okunma